23 Noyabr 2019 11:59
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl Rayon Polis Şöbəsinə yeni rəis müavini təyinatı olub.

Daxili İşlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Emil Həsənov Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsindən azad edilərək Göygöl Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.

Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur./report/


Müəllif: Teleqraf.com