Feysbuk sosial şəbəkəsinin fəaliyyətində problemlər yaranıb.
Teleqraf.com xəbər verir ki, bu barədə elə sosial şəbəkə istifadəçiləri bildirir.
Belə ki, Feysbukdan digər internet resurslarına keçid etmək, şəbəkənin özündə hər hansı məlumat, video, foto paylaşmaq, şəbəkəyə tam şəkildə qoşulmaqda müəyyən çətinliklər yaşanır.
Problem özünü daha çox ABŞ-ın şərqində, Böyük Britaniya, Niderland, Belçika, İtaliya və Polşada göstərir.