Bu günlərdə “Şərq-Qərb” nəşriyyatında Səməd Mənsurun “Şeirlər, felyetonlar, pyeslər” kitabı çapdan çıxıb.
Nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlı Teleqraf.com-a bildirib ki, kitab bir çox xüsusiyyətlərinə görə dəyərli topludur: “Səməd Mənsur imzası oxuculara “Həpsi rəngdir” şeiri ilə yaxşı tanışdır. Lakin təəssüf ki, XX əsrin əvvəllərində yazıb-yaratmış bu istedadlı qələm sahibinin yaradıcılığı haqqında çox az məlumata sahibik.
Bu səbəbdən “Şərq-Qərb”də dərc edilən Səməd Mənsurun yeni “Şeirlər, felyetonlar, pyeslər” kitabı dəyərli bir mənbə olacaq. Toplu bir də o səbəbdən xüsusi əhəmiyyət kəsb edir ki, bura görkəmli Azərbaycan şairinin müxtəlif illərdə qələmə aldığı, dərc edilməmiş və Əlyazmalar İnstitutunun arxivində mühafizə olunan çox maraqlı əsərləri daxil edilib”.
Kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunub.