24 Sentyabr 2014 12:44
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının keçirilməsi və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar Tədbirlər Planını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, tədbirlər Planına əsasən, sentyabrın 30-dək Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində peşə bayramı günü ərəfəsində istifadəyə veriləcək yeni rabitə obyektlərinin və keçiriləcək tədbirlərin siyahısının hazırlanması, dekabrın 6-dək obyektlərin istifadəyə verilməsi və tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Oktyabr-noyabr aylarında “Rabitə və informasiya texnologiyalarının dinamik inkişaf yolu” mövzusunda məqalə, “Rabitə və informasiya texnologiyalarının dünəni, bu günü və gələcəyi” mövzusunda gənclər və uşaqlar arasında ən yaxşı rəsm, “Texnologiyalar və biz” adlı ən yaxşı foto müsabiqələrinin, eləcə də rabitə birlik və müəssisələri arasında “Sağlamlıq-2014” respublika spartakiadasının keçirilməsi planlaşdırılır.

Bu tədbirlərdən əlavə, noyabr ayında rabitəçilər arasında ən peşəkar “şəbəkə inzibatçısı”, “proqramçı”, “mis və optik kabel calayıcısı”, “xətt qurğuları montyoru”, “poçtalyon” və “əməliyyatçı” adı uğrunda müsabiqə (birlik və müəssisələr üzrə və respublika üzrə) keçiriləcək.

Dekabrın 6-da ulu öndər Heydər Əliyevin məzarının ziyarət edilməsi də Tədbirlər Planında əksini tapıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər