9 Fevral 2020 09:27
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda müşahidə olunan faktiki hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi endirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, paytaxtın digər küçə və prospektlərində isə nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə olunur.

Bir daha hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən xahiş edirik ki, meterioloji amilləri nəzərə alıb sürət həddinə əməl etsinlər.

Qeyd edək ki, adi günlərdən fərqli olaraq şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.


Müəllif: Teleqraf.com