Xarici ölkələrdə yaşayan azərbaycanlıların vətənə qayıtmaları üçün xüsusi çarter reysləri ayrılacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, uşaqlı qadınlara, yaşlılara və həssas təbəqəyə məxsus şəxslərə üstünlük veriləcək: "Bunu AZAL Hava Yollar icra edəcək. Xüsusi karantin rejimindən əvvəl bilet alıb ölkəyə gələ bilməyənlərə çarter reyslərində yer veriləcək. Xaricdə yaşayan azərbaycanlılara qaydaları anlayışla qəbul etdikləri üçün təşəkkür edirik".