Teleqraf.com günün qoroskopunu təqdim edir.
Qoç - bu gün ən mühüm məsələ maliyyə və pulla bağlıdır. Başqa adamları cəlb etdiyiniz işə görə məsuliyyət daşıdığınızı yaddan çıxarmayın. Həyatınızın bu sahəsindəki mürəkkəb anlara xüsusi diqqət verin.
Buğa - məhduiyyətlər və ciddi dəyişikliklər ola bilər. Dostlarınız arasında sizə sədaqətlilər bu gün bilinəcək. Müvəqqəti qorxular, təlaşlar, şübhələr istisna deyil. Təkbaşına düşünmək faydalı, rəhbərliyin yardımı sizə dəstək olacaq.
Əkizlər - gün yetərincə uğurlu olacaq. Şən istirahət pis deyil, amma belə istirahətin həddini aşmasına yol verməyin. Xoş xəbərlər alacaqsınız. Qısa səfər və ya görüş sizə həzz verə bilərə. Diqqət, səmimi münasibət sizdən xali olmayacaq. Dostlar və tanışlar arasında hörmətinizin olduğunu görəcəksiniz.
Xərçəng - Bu günün psixoloji fonu yetərincə gərgin olacaq. Dini, dünyagörüşüylə bağlı, ideoloji məsələlərdə tənhalıqla qarşılaşacaqsınız. Əksər hallarda ətrafdakı insanlar sizi tam anlamayacaqlar. Bu gün özünüzü az tənqid edin. Zəifliklərinizi, nöqsanlarınızı nəzərə alaraq onları qabartmasanız, konstruktiv qərarlar əldə oluna bilər.
Şir - ən yaxın dostlarınız və həmfikirləriniz belə, sizi anlamaya bilərlər. Onlar iş metodlarınızla güclə razılaşacaqlar. Bəzi detallara münasibətinizi ifrat dərəcədə ciddi sayacaq, vərdişlərinizi hesaba almayacaqlar. Hirslənməyin, bütün bunlar prinsipial münaqişələr yox, kiçik anlaşılmazlıqlardır.
Qız - Bu gün gəliriniz arta bilər. Pul naməlum mənbədən, uzaq adamlardan, himayədardan və ya "əlavə iş" saydığınız mənbədən gələ bilər. Lakin uğurdan ifrat dərəcədə sevinməyin. Bir adamın sizə ən yaxın şəxs olduğunu anlayacaqsınız. İnsanların çox olduğu yerləri tərk edin. Sayğı bəslədiyiniz adamla söhbət sizi sakitləşdirəcək.
Tərəzi - gün ərzində sizi uğurlu tapıntılarla bahəm, təəssüf doğuracaq uğursuzluqlar da gözləyir. Baş verənləri özünüzə dərd etməyin. Əgər hansısa mühüm işə başlamaq fikriniz varsa, o işin mənfi və müsbət yönlərini dəqiq dəyərləndirməyə çalışın. Axşam düşənədək hisslərinizə hakim ola bilməyəcəksiniz ki, bu da obyektivliyə rəvac vermir.
Əqrəb - gündüz vaxtınız qalmayacaqsa da, şər qarışana qədər başqalarının problemləri ilə məşğul olacaqsınız. Günün ilk yarısında yaxın ətrafınız, qohumlarınız və dostlarınızla həssas olun. Hirsli adamlardan uzaq durun, yoxsa davaya düşərsiniz. İşdə yüksəliş və populyarlıq imkanları var.
Oxatan - insanları olduqları kimi qəbul edin. Onların düşüncə və mövqeləri ilə barışın, bilin ki, siz insanları dəyişə bilməyəcəksiniz. Üstəlik, indi gərəkli sözlər tapmağa çətinlik çəkirsiniz. Gözəl ibarələr fikirləşib tapana qədər həmsöhbətinizin danışmaq istəyi yoxa çıxa bilər.
Oğlaq - unutmayın - bu fani dünyada əbədi heç nə yoxdur. Axşam saatlarında vəziyyət dəyişəcək və artıq başqa adamların dəstəyini aramalı olacaqsınız.
Dolça - enerji və yaradıcılıq hissi sizi axşam saatlarına qədər tərk etməyəcək. Bəzi istəkləriniz gerçəkləşməmiş qalacaq. Başqasının laqeydliyi, səlahiyyətsizlik, yarıtmazlıq, texniki problemlər sizə mane olacaq. Bütün bunlara rəğmən, sizə yaxın olan adamı dəstəkləməyi, ona ürək-dirək verməyi unutmayın. Sizə də sevdiyiniz adam dəstək olmalıdır.
Balıqlar - səhhətiniz bilavasitə ətrafınızın yaratdığı emosional fondan asılıdır. Paxıllıq və hirs kimi hisslərin əsiri olmayın. Qəflətən nəyin bahasına olursa-olsun, mübahisə etmək istəyi yarana bilər. Halbuki zəif mövqelərinizi möhkəmləndirməyə çalışın. İnad etsəniz, çaşıb qalacaqsınız. Mənfi təəssüratlara çox fikir verməyin, onları unutmağa çalışın.
Milli.Az