5 Avqust 2020 10:48
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara müraciət edib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, 2020-ci ilin fevral ayında nəşr olunun jurnalda qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə tapşırıq nümunələri də dərc olunub.

İmtahana hazırlaşan abituriyentlər öyrəndiklərini yoxlaya bilmələri üçün jurnalın 68-112-ci səhifələrində verilmiş tapşırıq nümunələri ilə tanış ola bilərlər.

Qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq verilir. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Jurnalın 113-121-ci səhifələrində tapşırıq nümunələrinin düzgün cavabları və qiymətləndirmə meyarları da verilib.

Jurnal iki dildə – Azərbaycan və rus dillərindədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər