12 Oktyabr 2014 01:27
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

PAKT proqramı elmi-tədqiqat işləri aparılması sahəsində təcrübəni genişləndirəcək.

Bakı Dövlət Universitetindən (BDU) Teleqraf.com-a bildiriblər ki, BDU-nun TEMPUS proqramı çərçivəsində qoşulduğu PAKT (PACT - Project Actors Capacity Training in Caucasus) layihəsinin əsas hədəfi Cənubi Qafqaz universitetlərində elmi-tədqiqat işləri və ali təhsil müəssisələri üzrə sosial-ictimai xarakterli araşdırmalar aparmaq məqsədilə layihə yazılması sahəsində vəziyyəti yaxşılaşdırmaqdır. Layihə həm də mövcud təcrübəni genişləndirmək və dünyanın aparıcı universitetlərində qəbul olunmuş müasir standartları Qafqaz bölgəsinin qabaqcıl ali təhsil müəssisələrində tətbiq etmək məqsədi daşıyır. Layihədə doqquz Cənubi Qafqaz universiteti iştirak edir.

PAKT proqramının BDU üzrə əlaqələndiricisi, dosent Təranə Mahmudova bildirib ki, bu layihənin mərhələlərindən biri də Cənubi Qafqaz universitetlərində gənc tədqiqatçı, müəllim, doktorant və magistrantlar üçün treninqlərin təşkil olunmasıdır. Sonrakı mərhələlərdə bu treninqlər çərçivəsində respublikanın müxtəlif universitetlərindən seçilmiş nümayəndələrə elmi-tədqiqat işləri aparmaq, layihə yazmaq sahəsində yeni, beynəlxalq standartlar öyrədiləcək.

Treninqlər layihədə iştirak edən universitetlərin nümayəndələri tərəfindən keçiriləcək, avropalı tərəfdaşlar isə burada ekspert qismində iştirak edəcək, müvafiq sahədə toplanmış bilk və bacarıqları qafqazlı həmkarları ilə bölüşəcəklər.

Layihənin nəticəsi kimi praktik vəsaitin (stolüstü kitab) hazırlanması planlaşdırılır. Buraya elmi-tədqiqat işlərinin aparılması, eləcə də universitetlərin sosial-ictimai həyatı (mədəni proqramlar, xeyriyyə tədbirləri və s.) ilə bağlı təşəbbüslərin həyata keçirilməsi məqsədilə layihələr yazılması sahəsində toplanmış bilik və təcrübə daxil ediləcək. Proqram çərçivəsində saytın hazırlanması da nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər