1 Sentyabr 2020 11:34
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonu Nobel prospekti 187 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.

Teleqraf.com-un məlumatına görə, xidmətin rəisi Hikmət Əlizadə həmin ünvanda “Real-Park” MMC-nin istifadəsində olan torpaq sahəsində 29 ədəd ağac və kol bitkisinin məhv edildiyi və təbiətə 14 880 manat məbləğində ziyan dəydiyini deyib.

O qeyd edib ki, faktla bağlı MMC barəsində akt tərtib edilib: "Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər