Pandemiya dövründə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 26 işçisi koronavirusa yoluxub.
Teleqraf.com-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, yoluxanların hamısı ev və xəstəxanalarda müalicəsini başa çatdırıb.
O.Məhərrəmli qeyd edib ki, 1 nəfər işçi koronavirusdan dünyasını dəyişib.