Tovuz rayonunun Ağdam kəndində yaşayan 72 yaşlı qadın təqaüdünü Silahlı Qüvvələrimizin Yardım Fonduna köçürüb.
Teleqraf.com-a xəbər verir ki, Qurbanova Nəzakət Zaman qızı bir aylıq təqadünü - 300 manat məbləğində vəsaiti ordumuza göndərib.
N.Qurbanovanın bacısı Laçın Bağırova isə ordumuzun qələbələrinin şərəfinə Azərbaycanın şanlı üç rəngli bayrağını tikib.