30 Oktyabr 2020 11:27
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqların sinifdə saxlanılması nəzərdə tutulmur. Hər bir şagird öz təhsilini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:

"Biz hazırda bütövlükdə təhsil sistemi olaraq distant təhsilə keçiddən danışmırıq. Bu təhsil növü yaranmış vəziyyətdən sadəcə çıxış yoludur. Uzunmüddətli tətillə müqayisədə, distant təhsilin tədrisi daha məqsədə uyğundur. Hətta müəllimin votsap və ya digər platformalar üzərindən şagirdə nəsə öyrətməsi də təqdirəlayiqdir.

Azərbaycanda 1 milyona yaxın şagird ucqar kəndlərdə təhsil alır. Distant təhsildən istifadə dairəsi rayonlarda genişlənib. İrəliyə doğru addım atmaq çətindir, amma bu bizi arzuladığımız yerə çatdırır. Distant təhsil təcrübəsi əsasında müəllimlərdə də müəyyən bilik və bacarıqları artırır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər