Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə hazırlıqla bağlı qazlaşma işləri aparılan yaşayış məntəqələrində fəaliyyətini bir qədər də sürətləndirib.
“Azəriqaz”dan Teleqraf.com-a verilən məlumata görə, qazlaşma işləri aparılan yaşayış məntəqələrində qaz açılışları təmin edilir. Bu həftə Tovuz rayonu Çatax kəndində 70 fərdi yaşayış evinə qaz verilib.
Bundan başqa Bakının Xəzər rayonu Buzovna qəsəbəsi Şüvəlan-Buzovna yolunun sağ tərəfindəki "Albalılıq" və "Təmənis" adlandırılan ərazilərə düşən yeni massivdə 358, Sabunçu rayonu Zabrat qəsəbəsi, M.İbrahimov küçəsində yeni massivdə 137 və Qaradağ rayonunda bir neçə yaşayış massivində bir qrup fərdi yaşayış evinə təbii qaz verilib. Eyni zamanda Göyçay rayonu Ərəbşahverdi kəndində 68, Şıxlar kəndində 71 fərdi yaşayış evi qazla təmin edilib.