6 Dekabr 2020 01:51
2 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib.

Bunu Axar.az-a açıqlamasında Aminin yaxın qohumu Çinarə Əliyeva deyib. O bildirib ki, məktubu ailəyə Beynəlxalq Qırmızı Xaç Komitəsi təqdim edib:

“Qırmızı Xaç Komitəsi məktub istəmişdi. Ailə də yazıb göndərdi. Dünən isə məktubumuza cavab aldıq. Məktub Aminin öz xətti ilə yazılıb”.

Amin anasına ünvanladığı məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib.


Müəllif: Teleqraf.com