29 Dekabr 2020 21:54
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Qeyd edək ki, medal Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçulara verilib.

“Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunan hərbi qulluqçular arasında 28 sentyabr 2020-ci il tarixindən 28 dekabr 2020-ci il tarixinə qədər Vətən Müharibəsində savaşmış zabit, AzNews.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlı da var.

Həmçinin qeyd edək ki, Taleh Şahsuvarlının hərbi rütbəsi də artırılıb. Belə ki, 2-ci Qarabağ müharibəsi başlayan zaman leytenant rütbəsi ilə könüllü olaraq cəbhəyə yollanan Taleh Şahsuvarlıya Baş leytenant rütbəsi də verilib.

Teleqraf.com xəbər portalının kollektivi Taleh Şahsuvarlını təbrik edir!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər