7 Yanvar 2021 22:44
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər davam edir.

Müdafiə Nazirliyindən Teleqraf.com-a bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrində olub və burada yaradılan şəraitlə maraqlanıb.

Müdafiə naziri bölmələrdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olduqdan sonra şəxsi heyətin döyüş hazırlığı və qoşun xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər