9 Yanvar 2021 13:53
2 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

“60 illik fədakar xidmətdən sonra haqq etdiyi qanuni istirahət illərində Həsən Həsənovun elmi fəaliyyətinin daha böyük vüsət alacağına inanıram”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, keçmiş xarici işlər naziri Vilayət Quliyev geri çağırılan Polşa səfiri Həsən Həsənov barədə danışarkən deyib.

O, sabiq həmkarının Varşavada qonağı olduğu vaxt bir anını xatırladıb: “Dövlət başçısının sərəncamı ilə Polşadakı 10 il yarımlıq məhsuldar, səmərəli diplomatik fəaliyyətdən sonra geri çağırılan səfir Həsən Həsənov Varşavada qonağı olduğum vaxt bir dəfə yarızarafat, yarıciddi şəkildə demişdi: “Bax, sən də neçə ildir dövlət qulluğundasan, arada bir nazir də oldun, amma camaatın yadında alim kimi qalmısan. Mən isə bu qədər kitab yazsam yenə də daha çox dövlət adamı kimi, vəzifəli şəxs kimi tanınıram”.

Həsən müəllim dediyi sahələrin ikisində də həmişə ciddi uğurlara imza atmış şəxs kimi, böyük işgüzarlıq qabiliyyəti, tükənməz enerjisi, unikal yaddaşı, yüksək ədalət duyğusu, milli təəssübkeşlik hissi ilə seçilən idarəçi və dövlət adamı, alim və ziyalı kimi tanınıb. 60 illik fədakar xidmətdən sonra haqq etdiyi qanuni istirahət illərində onun elmi fəaliyyətinin daha böyük vüsət alacağına inanıram. İlk növbədə hələlik sirr kimi saxladığı 5 cildliyin çapını səbirsizliklə gözləyirəm”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər