Günün ikinci yarısında tərəfdaş və həmkarlarla təmaslarda diqqətli olun. Müzakirələrin məhsuldar olmasına çalışın.
Sevdiyiniz insanla, yaxınlarınızla dil tapın. Xoş ünsiyyət qarşılıqlı münasibətlərə harmoniya bəxş etməklə yanaşı, əlaqələri möhkəmləndirəcək. Müalicəyə başlamaq olar. Çox və yağlı yeməyin.
Buğa - peşəkar fəaliyyət prosesindəki qəfil dəyişikliklər yenilikləri ehtiva edir. Əlavə öhdəliklər götürməli, müxtəlif işlər görməlisiniz. Adi günlərdən fərqli olaraq daha gərgin intellektual fəaliyyət tələb olunur. Aktiv mövqeyiniz bu gün bir sıra problemləri həll etməyə imkan verəcək.
Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərin aydınlaşdırılması və qarşılıqlı iradlar istisna deyil. Emosional olmayın, hisslərə qapılmayın. Səbrli olsanız, dil tapmaq və barışmaq mümkündür.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Əkizlər - nigaran və təlaşlı olmayın. İndiyədək əsla fikir vermədiyiniz xırdalıqlar səbr kasanızı daşdıra bilər. Təbdən çıxmayın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət sizdə qıcıq yarada bilər. Qarşılıqlı anlaşmaya nail olmaq asan deyil.
Günün ikinci yarısında ailə həyatında sakitlik və rahatlıq mühitinin yaradılmasına çalışın. Yaxınlarınızdan biri ilə münasibətlərdə problemlər yaranıbsa, mübahisə istisna deyil. Ötənlərdə baş verən, ən müxtəlif versiyalarda yozumlara səbəb olan məsələni yenidən dartışmağa dəyməz.
Xərçəng - qarışıq, hadisələrin laübəli olduğu zamandır. Yaşam enerjinizin səviyyəsi artacaq. Amma bununla belə, həmin enerjini qəribə, ekstravaqant şəkildə reallaşdırmayın.
Texnika və alətlərlə çalışanda ehtiyatlı olun.
Günün ikinci yarısında yardım gözləyən insana kömək edin. Məsləhətlə yanaşı, maddi dəstək də pis olmaz. Sevdiyiniz insana qayğı göstərin. Bütün şərtləri araşdırmadan, situasiyaya bələd olmadan irad söyləməyin.
Axşam saatlarında normal istirahət edin.
Şir - peşəkar fəaliyyət müstəvisindəki uğurlar çalışdığınız kollektivdə həmkarlarınız və ya şəriklərinizlə münasibətlərin durumundan asılıdır. Yalınz öz karyeranız, əlavə gəlir mənbələri barədə düşünməyin.
Praqmat olun, vəziyyəti normal dəyərləndirin.
Ailə üzvləri ilə münasibətləri normal səviyyədə saxlayın. Hətta bu təmasları yaxşılaşdırmağın yollarını arayın. Rasionunuza fikir verin. Tamahkarlıq etməyin, qarınqulu insan təsiri bağışlamayın.
Qız - məqsədləriniz bitkin formada olmalıdır. Hədəfə çatmağın yollarını müəyyənləşdirin. Maraqlı ideyalar olacaq. Problemlərin həllində yeni yanaşma nümayiş etdirin.
Günün ikinci yarısında əhvalınız korlana bilər. İstirahətə, relaksa ehtiyac duyacaqsınız. Orqanizminizə əziyyət verməyin. İfrat yorğunluq əsəb gərginliyinə və emosiyaların tarıma çəkilməsinə səbəb ola bilər.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - maliyyə işlərində uğurlara nail olmaq istəyirsinizsə, əməkdaşlıq qaçılmazdır. İrəliləyişinizdə maraqlı olan şəxslərdən yaxşı məlumatlar ala bilərsiniz. Gəlirləri artırmaq üçün yardım və dəstəyə ehtiyacınız var. İşlərin gedişatı əhvalınızdan asılıdır.
Günün ikinci yarısında tək qalmaq, təkbaşına çalışmaq istəyəcəksiniz. Bədbinliyə qapılmayın. Dostlar və yaxınlarınızın yanında olun. Səmimi rəğbət bəslədiyiniz insanla təmasları aktivləşdirin. Sərvaxt olun.
Əqrəb - fürsətdən tam yararlanmağa cəhd göstərin. Yaradıcılıq enerjisi və orijinal həllər indiyədək təxirə salınan işlərə təkan verəcək. Humanitar fəaliyyətlə məşğulsunuzsa, təxəyyülü işə salın. Şəraiti dəyərəndirin. Situasiya xeyrinizədir. Qəfil hədiyyə və ya əlavə gəlir mənbəyinin aşkarlanması istisna deyil.
Günün ikinci yarısında dostların dediklərinə qulaq asın. Sevdiyiniz insanla münasibətlər pis olmayacaq. Birgə müzakirələr, yaxşı ünsiyyət üçün normal vəziyyətdir. Axşam saatları əyləncə üçün yaxşıdır.
Oxatan - yalnız öz mənfəətinizi düşünməyin. Köməyə ehtiyacı olana yardım edin. Yaxınlarınıza fayda verin. Etibarlı tərəfdaş və ya şərik tapa bilərsiniz. Ağır işə başlayıbsınızsa, birgə fəaliyyətə üstünlük verin.
Günün ikinci yarısında işlərdə irəliləyişlər olacaq. Sərfəli işgüzar təklif ala bilərsiniz.
Yaxınlarınızla təmaslarda onların iradlarını nəzərə alın, maraqlarını qulaqardına vurmayın. Belədə fəaliyyətiniz yüksək qiymətləndiriləcək. Rasionunuza fikir verin. Allergiyanız varsa, ehtiyatlı olun.
Oğlaq - uzun müddətdən bəri planlaşdırdığınız işə başlamaq üçün yaxşı zamandır. İşlərinizdə yalnız öz xeyrinizi düşünməyin. Yaxın ətrafınızdakı insanların ehtiyaclarını da nəzərə alın. Gərəkli insanlarla münasibətləri korlamaq istəmirsinizsə, onların mövqelərini də anlamağa çalışın.
Günün ikinci yarısında fəaliyyətinizin leytmotivini münasibətlərin qorunması təşkil etməlidir. Ailə üzvlərinə qayğı ilə yanaşın. Sevdiyiniz insanın dediklərinə qulaq asın.
Dolça - harada olmağınıza rəğmən özünüzü rahat hiss edin. Qətiyyətli və əzmkar olun. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə aqressiv davranmayın. Qıcıqlı olmayın. Emosiyalarınızın izharı üçün normal vasitələr, yollar seçin.
Günün ikinci yarısında yaxınlarınız sizi anlamağa çalışacaqlar. Sükan arxasında sayıq olun. İstifadə etdiyiniz texnika və məhsullara fikir verin.
Axşam saatlarında rasionunuzda ciddi dəyişikliklər etməyin.
Balıqlar - bir çox işlərdə intuisiyanız dadınıza çatacaq. Günü sakit keçirmək, aramla çalışmaq istəyəcəksiniz. Amma sizə mane olmaq istəyənlər var. İzafi, gərəksiz iş görməyin. Əlavə vədlər verməyin.
Günün ikinci yarısında narahatlıqla təlaş qısa müddətdə aradan qalxacaq.
Yaxın dost və ya dəyər verdiyiniz insanla qarşılıqlı fəaliyyətdə xeyir var. Tələskənliyə yol verməyin.
Axşam saatları birgə istirahət üçün münasibdir.
Milli.Az