2020-ci il imtahanlarINda Operativ Qərargahın pandemiya ilə əlaqədar bütün tövsiyələrini nəzərə aldıq. İmtahanlar müxtəlif sanitar-epidemioloji qaydaları nəzərə almaqla təşkil edildi.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 400 minə yaxın insan imtahanlarda iştirak edib: "7 milyona yaxın informasiya texnologiyalarımızdan faydalanıb. Elektron proqramlardan istifadə edərək, müəllimlər evdə nəticələri yoxladılar. Dövlət qulluğuna qəbul onlayn formada keçirildi. Ötən ilki təcrübəmizi bu il də nəzərə alacağıq. Bu il də Operativ Qərargahın tələblərinə uyğun olaraq imtahanlar keçiriləcək".
Məleykə Abbaszadə qeyd edib ki, fevralın 28-də magistraturaya qəbul imtahanı keçiriləcək: "Fevral ayının 9-dan etibarən magistraturaya qəbul başlayacaq. Planlaşdırılır ki, imtahan iki mərhələli şəkildə keçirilsin"