Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, cari ilin yanvarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 197 nəfər gələn, Azərbaycandan isə 22 nəfər gedən qeydə alınıb.
Bununla da ölkə üzrə miqrasiya saldosu müsbət 175 nəfər təşkil edib.