17 Aprel 2021 19:38
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Nizami rayonu, Nəsimi küçəsi, 28 ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Teleqraf.com xəbər verir ki, xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, həmin ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı və 2 ağacın kəsildiyi məlum olub:

“Araşdırma zamanı ərazinin qeyri-yaşayış obyektinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaş Cavanşir İsmayılova verildiyi müəyyən edilib. Faktla bağlı C.İsmayılov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hazırda lazımi addımlar atılır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər