Sosial mediada Gənclər və İdman naziri Azad Rəhimovun dünyasını dəyişməsi barədə xəbərlər yayılıb.
Nazirliyin mətbuat katibi Səmayə Məmmədova Teleqraf.com-a açıqlamasında yayılan xəbərləri təkzib edib.
Onun sözlərinə görə, Azad Rəhimov hazırda xəstəxanada müalicə alır: “Amerikada xəstəxanada müalicə alır. Vəziyyəti ağırdır. Hamımız narahatıq. 3 aya yaxındır müalicədədir. Həkimlər əlavə məlumat vermirlər”.