30 Aprel 2021 13:10
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Aprel ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş "Ağgöl" sərhəd zastavası kompleksi xidməti istifadəyə verilmişdir.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini şəxsi heyətə çatdırmışdır.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azər­baycan sərhədçisinin həm sərhəddə, həm də səngərdə dövləti maraq­ların keşiyində durmağa hər zaman hazır olması xüsusi vurğulanmışdır. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdiril­mə­sinə ən ali səviyyədə xüsusi önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində şəxsi heyət üçün zəruri xidməti və məişət şəraitinin yaradıl­ması qeyd olunmuş, açılışı baş tutan sərhəd zastavasının bu yüksək qay­ğının növbəti təzahürü olmasını bildirilmişdir.

Açılış mərasimindən sonra tədbir iştirakçıları sərhəd zastavası kom­pleksinə baxış keçirmışlər. Burada şəxsi heyətin xidmətinin yüksək səviy­yədə təşkili və asudə vaxtının səmərəli keçirməsi üçün müxtəlif təyinatlı otaqlar, yataqxana, yeməkxana, hamam-camaşırxana, anbarlar inşa edil­miş, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılmışdır.

Xidməti fəaliyyətində fərqlənən bir qrup hərbi qulluqçu təltifləndiril­dikdən sonra tədbir bayram süfrəsi arxasında davam etdirilmişdir.

Tədbirin sonunda hərbi hissənin kinoloji mütəxəssisləri xüsusi təlim keçmiş itlərdən istifadə etməklə xidməti tapşırıqların icrası üzrə bacarıq­larını nümayiş etdirmişlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər