31 Oktyabr 2014 14:27
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hava şəraiti yenidən kəskin soyuyacaq, temperatur 12 dərəcəyə kimi aşağı enəcək, bəzi ərazilərə qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, noyabrın 2-i günün ikinci yarısından başlayaraq, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əlverişsiz keçəcəyi, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq, temperaturun kəskin- 8-10 dərəcə enəcəyi gözlənilir. Noyabrın 2-i axşam, noyabrın 3 və 4-də hava soyuq keçəcək. Bu müddətdə havanın maksimal temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir. Fasilələrlə yağntı müşahidə ediləcək.

Azərbaycanın rayonlarında noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq, noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Noyabrın 2-dən başlayaraq, havanın temperaturu tədricən 7-12 dərəcə enəcək. Bəzi rayonlarda güclü qərb və şimal-qərb küləyi əsəcək.


Müəllif:

Oxşar xəbərlər