25 May 2021 18:12
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərxalça” ASC-nin Xaçmaz filialında bu günə kimi istehsal olunan ən bahalı xalçanın qiyməti 24 min manat olub.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin Xaçmaz filialının direktoru Səlima Hacıyeva məlumat verib.

Onun sözlərinə görə, 2017-ci ilin may ayından fəaliyyətə başlayan Xaçmaz emalatxanasında 4 il ərzində irili-xırdalı 276 ədəd xalça istehsal olunub:

“İlk illərdə burada 90-a yaxın işçi heyyəti çalışırdı, hazırda isə 57 işçi fəaliyyət göstərir ki, onlardan 48-i toxucudur. Bizim xalçalar işləmələrinə görə Qarabağ və Təbriz xalçalarından seçilir. Onlar kiçik naxışlarla işlənirsə, burada istehsal olunan xalçalar Quba, Şirvan üslubunda toxunur”.

S.Hacıyeva qeyd edib ki, hazırda müəssisədə 43 dəzgahdan 16-sı fəaliyyətdədir: “Bundan əlavə, 5 xalçanın toxunması başa çatıb, kəsimə hazırdır. Son dövrlərdə emalatxanada satış həyata keçirilməyib. Ancaq daha əvvəl xalçaların qiymətləndirilməsi 1 kvadratına görə 600, 800, 1000 manat civarında müəyyənləşdirilirdi”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər