Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, görüşdə tranzit yükdaşımaları, dəmir yolu, kombinə edilmiş beynəlxalq yükdaşımaları, mülki aviasiya, telekommunikasiya və peyk xidmətləri üzrə əməkdaşlığa dair danışıqlar aparılıb.