10 İyun 2021 12:38
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ramiz Əzizbəyli Yeni Yasamalda yerləşən evindən son mənzilə yola salınıb.

Teleqraf.com xəbər verir ki, Ramiz Əzizbəyli Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, xalq artistinin vida mərasimində qohumları və sənət dostlarından xalq artisti Valeh Kərimov, əməkdar incəsənət xadimi Cəmil Quliyev, diktor Ofeliya Sənani iştirak edib.

***

Xalq artisti Ramiz Əzizbəylinin nəşi 1 saylı Kliniki Tibbi Mərkəzdən Yeni Yasamalda yerləşən evinə gətirilib.

Teleqraf.com xəbər verir ki, Ramiz Əzizbəylinin vida mərasinə az sayda yaxın qohumları, eləcə də sənət dostlarından xalq artisti Valeh Kərimov, əməkdar incəsənət xadimi Cəmil Quliyev qatılıb.


Müəllif: Rəqsanə Həsənova