3 Noyabr 2014 17:50
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası 1 Yanvar 2015-ci il tarixdən metrologiya üzrə nüfuzlu beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfrans (CGPM) və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda (OIML) təmsil olunacaq.

Teleqraf.com xəbər verir ki, cari ilin 18-20 noyabr tarixlərində Fransanın Versal şəhərində Çəkilər və Ölçülər üzrə Baş Konfransın hər 4 ildən bir təşkil olunan 25-ci iclasında yeni üzv dövlət kimi Azərbaycan Respublikasını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndə heyəti təmsil edəcək.

18 noyabr 2014-cü il tarixində Fransanın Versal şəhərində yeni üzv dövlət qismində Azərbaycan Respublikasını SMPDK-nın nümayəndə heyəti təmsil edəcək.

2015-ci ilin yanvar ayından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi metrologiya sahəsində əsas beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfransda (CGPM - Conférence Générale des Poids et Mesures) assosiativ üzv və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda (OIML – Organisation International de Métrologie Légale) müxbir üzv kimi Azərbaycan Respublikasını təmsil edəcək.

Çəkilər və Ölçülər üzrə Baş Konfransa üzv olan dövlətlər metrologiya elmi, həmçinin etalonların yaradılması və tətbiqi ilə bağlı birgə fəaliyyəti həyata
Çəkilər və Ölçülər üzrə Baş Konfransın 56 tamhüquqlu (Avropa İttifaqının üzv dövlətlər, həmçinin Rusiya, Türkiyə, Qazaxıstan, İran, Çexiya və s.) və 41 assosiativ üzvü (Belarus, Estoniya, Gürcüstan, Litva, Latviya, Ukrayna, Makedoniya və s.) vardır.

Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın 60 tamhüquqlu (Avropa İttifaqının üzv dövlətlər, həmçinin Rusiya, Türkiyə, Qazaxıstan, İran, Çexiya və s.), 67 müxbir üzvü (Estoniya, Gürcüstan, Litva, Latviya, Moldova, Ukrayna, Özbəkistan və s.) vardır.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər