17 İyun 2021 10:08
297
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 15-də Çinin Heyloncian vilayətinin paytaxtı Harbin şəhərində 31-ci Beynəlxalq İqtisadiyyat və Ticarət sərgisi başlayıb.

İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmiz sərgidə “Fəxri qonaq ölkə” statusunda iştirak edir.

Pandemiya ilə əlaqədar Harbin şəhərində tətbiq edilən məhdudiyyətlər səbəbindən, bu il onlayn formatda keçirilən sərgidə Azərbaycan üçün 1810 kv/m-lik 3D formatda onlayn “Made in Azerbaijan” vahid ölkə stendi hazırlanıb. Stenddə 20-dən çox şirkətin xalçaçılıq, qida və içki sənayesinə aid məhsulları nümayiş etdirilir. Bununla yanaşı, onlayn stenddə ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialı nümayiş etdirilir.

İyunun 19-na qədər davam edəcək sərgidə məhsullarımız sərgi ilə yanaşı, müxtəlif onlayn platformalarda da reklam olunur.

1990-cı ildən keçirilən Beynəlxalq İqtisadiyyat və Ticarət sərgisi Heyloncian əyalətinin ən önəmli beynəlxalq sərgisi hesab edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər