4 Noyabr 2014 07:36
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Qırğızıstan baş nazirinin birinci müavini Tairbek Sarpaşevlə görüşüb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycanın Qırğızıstandakı səfirliyinin dəstəyi ilə Bişkekdə baş tutan görüşdə gələn ilin aprelində Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə edilib.

Görüşdə T.Sarpaşev Bakının artıq üçüncü dəfə ev sahibliyi edəcəyi Qlobal Müştərək Cəmiyyətlər Forumunun əhəmiyyətini qeyd edib. T.Sarpaşev forumda dünya miqyasında nüfuzlu siyasi liderlərin iştirakının və müzakirə edilən qlobal əhəmiyyətli məsələlərin tədbirin önəmini daha da artırdığını vurğulayıb.

Mərkəzin baş katibi Rövşən Muradov isə T.Sarpaşevi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Bakıya dəvət edib. T.Sarpaşev dəvəti qəbul edərək aidiyyatı qurumların rəhbərlərinin də daxil olduğu nümayəndə heyəti ilə foruma qatılacağını bildirib.

Səxavət


Müəllif: