10 İyul 2021 14:25
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyasından gələn "DAF" markalı iki yük avtomobilinə "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttində baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 250 həb, 124 flakon müxtəlif adda dərman preparatları, 12 ədəd kosmetoloji maye, 16 ədəd implant gelləri, şprits üçün iynələr, eləcə də 32 ədəd müxtəlif markada və ölçüdə spirtli içkilər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər