23 İyul 2021 14:37
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar tədbirlərin keçirilməsi ilə əlaqədar bəzi ictimai-iaşə obyektlərindən havaya tüstü və qoxunun yayılması ilə bağlı qonşuluqda yaşayan sakinlərdən çoxsaylı şikayətlər daxil olur.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib.

Məlumatda qeyd olunub ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Ramal Bağırov iaşə obyektlərinin sahiblərini havanı çirkləndirməməyə, yaxınlıqda yaşayan əhaliyə narahatlıq yaratmamağa və ekoloji pozuntulara yol verilməməsi üçün təmizləyici qurğulara vaxtında xidmət göstərməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər