Samux Ovçuluq Təsərrüfatının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Teleqraf.com-a bildirib ki, araşdırma zamanı brakonyerin Gəncə şəhər sakini Xəlil Yusubov olduğu məlum olub.
O qeyd edib ki, faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.