Hakim Yeni Azərbaycan Partiyasının mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinə yeni baş redaktor təyin olunub.
Teleqraf.com-un xəbərinə görə, YAP-ın İdarə Heyətinin qərarı ilə bu vəzifəyə Alqış Musayev (Həsənoğlu) təyin olunub.
Qeyd edək ki, qəzetin bundan əvvəlki baş redaktoru deputat Hikmət Babaoğlu idi.
Alqış Həsənoğlu 1969-cu ildə Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1997–2008-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olub. Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı seçilib.
Filologiya elmləri namizədidir. Evlidir, bir oğlu, bir qızı var.