3 Dekabr 2021 14:39
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsindən amnistiya aktına şamil edilən 14 nəfər azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ədliyyə polkovnik-leytenantı Şəfaət Abbasov məlumat verib.

O bildirib ki, həmin şəxslərə amnitsiya aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər: "Ümumilikdə bu günə qədər 186 nəfər azad olunub. 3 il cəza alan 423 nəfərin cəzasından 6 ay azaldılacaq".

Məhkum Əli Muxtarov deyib ki, aliment ödəmədiyi üçün 1 il 7 ay həbs cəzasına məhkum olunub: "Bir il bir ay həbsdə yaratdıqdan sonra bu gün sərbəst buraxıldım. Qismətimdə məhkum olunaraq, həbsxana həyatı yaşamaqda var idi. İstəməzdim ki, kimsə məhkumluq həyatı yaşasın. Hər şey azadlıqdadır, çox peşmanam".

Qeyd edək ki, Zəfər gününün birinci ildönümü ərəfəsində "8 Noyabr -Zəfər Günü Münasibəti ilə amnistiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində dekabrın 1-nə 1787 nəfər məhkum haqqında amnistiya aktı tətbiq edilib.

Xatırladaq ki, 5 noyabr tarixindən başlayan amnistiya 4 ay müddətində davam etdiriləcək.


Müəllif: Hacı Zeynalov