14 Dekabr 2021 18:25
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkəmiz ianə toplanması fəaliyyətinin cinayətkarlıq məqsədləri ilə istifadə olunması faktı ilə də üzləşib".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Misirin Şarm-əl-Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 9-cu Sessiyasında çıxışında deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə erməni mənşəli fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycanın suveren ərazilərində terrorçu fəaliyyətin həyata keçirilməsi məqsədilə 100 milyon ABŞ dollardan artıq qanunsuz vəsait toplanıb: "Bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılaraq müvafiq sübutlar əldə edilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər