4 Yanvar 2022 23:29
2 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstələrinin sağlamlıqlarını riskə atmamaq üçün diqqət etməli olduğu məqamlardan biri də qidalanma rejimidir.

Teleqraf.com xəbər verir ki, xərçənin müalicəsində qidalanmanın əhəmiyyəti böyükdür.

Baş və boyun xərçəngi xəstələri boyun və ağız nahiyəsinin zədələnməsi səbəbi ilə acı, turş, ədviyyatlı, yağlı və tomatlı qidalardan uzaq qalmalıdır.

Kimpyaterapiya və radioterapiya müalicəsi səbəbilə bir çox xərçəng xəstəsində iştahsızlıq, yorğunluq, halsızlıq, keyimə, qoxu və dadlara qarşı həssaslıq, ürək bulanması və qusma kimi hallar müşahidə olunur. Bu simptomlar xəstənin qədərindən artıq çəki itirməsinə qədər davam edir və yalnız o halda müalicə dayandırılır. Bunun baş verməməsi üçün müalicədən əvvəl xəstənin düzgün qidalanma erejimi tərtib edilməlidir.

Mütəxəssislərin araşdırmaları sübut edir ki, sağlam qidalanan xərçəng xəstələrinin xəstəxanada qalma müddəti qısalır. Onlar özlərini daha güclü və dinamik hiss edərək həyatlarını davam etdirirlər. Xərçəng xəstələri zülal, yağ və karbohidratların balanslı qəbulunu nizamlamaq üçün həftədə 2-3 gün qırmızı ət, 1 gün toyuq, 2 gün balıq və 1 gün paxlalı qidalar istehlak edilməlidirlər.

Bundan başqa, qidaları hazırlayarkən qızartma və yağlı yeməklərə yox, sobada və ya buxarda bişmiş yeməklərə üstünlük verilməldir. Müalicə səbəbi ilə bəzi xəstələrdə səhər yuxudan oyananda ürək bulanma müşahidə edilir. Bunun qarşısını almaq üçün yanınızda çərəz kimi tox saxlayacaq qidaların olması məsləhət görülür.

Xərçəng xəstələri dərmanların bədəndən atılması üçün tez-tez maye qəbul etməlidir. Gündəlik 2-2,5 litr su qəbulu ilə yanaşı, şorba, çay, ayran kimi maye tərkibli qidalara yer ayrılmalıdır.

Kimyaterapiya zamanı immunitet zəiflədiyi üçün qidalar yaxşı təmizlənib, bişirilməlidir. Alma,banan, portağal kimi qalın qabıqlı meyvələrə yer ayrılmalıdır. Bu meyvələrin qabıqları qalın və soyulabilən olduğu üçün zərərli kimyəvi maddələrin keçmə şansı azdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər