Bakının bütün ümumtəhsil məktəblərində XI sinif şagirdləri üçün müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı, ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı dərslər keçiriləcək.
Teleqraf.com-un Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığı məlumata görə, bu qurumun təşkilatçılığı ilə keçiriləcək dərslər noyabrın 18-dən başlanacaq və mayın 4-dək davam edəcək.
BŞTİ-dən bildirlib ki, görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilən dərslər gənclərin inkişafı üçün olduqca əhəmiyyətlidir.
NİGAR