24 Dekabr 2021 15:50
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həyat yoldaşının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması təklif edilir.

Teleqraf.com-un xəbərinə görə, bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Bundan əlavə, seksual qısnamaya, ayrı-seçkiliyi əks etdirən iş elanlarına görə sanksiyaların müəyyən edilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi də təklif olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər