6 Yanvar 2022 15:33
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Teleqraf.com xəbər verir ki, Agentlik müfəttişlərinin yeri icra orqanlarının əməkdaşları ilə birgə keçirdiyi reydlər zamanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Buzovna yolunda fiziki şəxslər Babayev Emin Sahib oğlu, Əliyev Namiq Əlverdi oğluna; Maştağa qəsəbəsi, H. Heybətov küçəsində Abbasov Elmir Ədalət oğluna; Maştağa qəsəbəsi, Maştağa-Nardaran yolunda fiziki şəxslər Qasımov Ceyhun Fərhad oğlu, Qədirov Niyaməddin Möhlət oğluna; Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Binəqədi şosesində fiziki şəxslər Cəfərov Şərif Əli oğlu, Şirinov Sahil Ayaz oğlu, Əliyev Rəşad Qadir oğluna; Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi ilə Məşədi Adil küçəsinin kəsişməsində fiziki şəxs Rüstəmov Ramil Rüstəm oğluna; Kürdəxanı qəsəbəsi, Tofiq Tağızadə küçəsində Əliyev Qədir Nahid oğluna; Pirşağı qəsəbəsi, Qızılqum ünvanında Həsənov Şükür Ələkbər oğluna; Pirşağı qəsəbəsi, Qurtuluş küçəsində fiziki şəxslər Baloğlanov Kamal Arzuman oğlu, Məlikov Hüseyn Balabəy oğluna məxsus məntəqələrdə qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər