4 Fevral 2022 12:33
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda ölkə ərazisində 982 qazlaşmamış kənd mövcuddur. 426 kənd bilavəsitə meşə ətrafı ərazidə yerləşir. 426 yaşayış məntəqəsindən də 260-nın qazlaşması texniki-iqtisadi cəhətdən səmərəli kimi qiymətləndirilir".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyasında deyib.

Şöbə rəisi bildirib ki, "Azəriqaz" İB ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında sayca üçüncü görüşü keçirilib: "Qaz təchizatından uzaq olan ucqar bölgələr ev sayı az olan yaşayış əraziləri hesab olunur. Fərdi şəkildə müvafiq proqramlar əsasında alternativ enerji mənbəyi ilə təminatı nəzərdə tutulur.

Hazırda gündəmdə 260 kəndin qazlaşması nəzərdə tutulur. Bu, ölkədə ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın bərpasına, eyni zamanda həmin ərazidə yaşayan əhalinin sosial rifahının yaxşılaşmasına səbəb olacaq. Onu da qeyd edim ki, həmin 260 kəndin 25 yaşayış məntəqəsi "Azəriqaz" İB-nin öz maliyyə resursları hesabına qazlaşdırılması təmin olunacaq".

Teymur Cəfərovun sözlərinə görə, 260 yaşayış məntəqəsinin qazlaşması ilə bağlı hazırlanan proqram yaxın 5 illik müddəti əhatə edəcək: "Həmin kəndlərin alternativ enerji mənbələri hesabına qazla təminatı "Azəriqaz" İB ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsidir. Bu layihənin həyata keçirilməsi üçün maliyyə resursları lazımdır. Əgər vəsait ayrılarsa, qeyd etdiyimiz yaşayış məntəqələri növbəti 5 ildə qazlaşdırılması tapşırığı yekunlaşa bilər".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər