4 Fevral 2022 17:51
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə son günlər COVID-19 virusuna yoluxmada ciddi artımlar qeydə alınıb. Peyvənd olunan insanlar arasında yoluxma və ölüm halları çox azdır. Amma peyvənd olunmayanlar arasında yoluxma halları böküdür. Vətəndaşlara demək istəyirəm ki, peyvəndləmə yeganə çıxış yoludur.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, hər kəs COVID-19 pandemiyası ilə mübarizədə vaksinasiyada aktiv iştirak etməlidir: "Artıq üçüncü doza vaksinasiya mərhələsinə keçid etmişik. Mən özüm də buster doza vaksini qəbul etmişəm. Bu gün bir sıra ölkələrlə müqayisədə Azərbaycanın daha az itkilərlə çıxmasının səbəbi peyvəndləmənin vaxtında, operativ həllini tapmasıdır.

Təssüf ki, bəzi şəxslər bu istiqamətdə yanlış təbliğatlar aparırlar. Buna son qoyulmalıdır. Bəzi adamlar hələ də peyvəndləmənin arxasında yanlış məqsədlər dayandığını deyərək, insanları vaksinasiyadan çəkindirirlər. Mən belə şəxslələr rastlaşdıqda onlara iradımı bildirirəm. Bizim başqa yolumuz yoxdur, vaksinasiya pandemiyaya qalib gəlmək üçün yeganə vasitədir".

Millət vəkili bildirib ki, bəzi insanlar virusla mübarizəyə səhlənkar yanaşırlar: "Bəzi insanlarda rahatlaşma var. Ən azından 2022-ci ildə pandemiya davam edəcək. Gigiyenik qaydalara riayət edib, dövlətin tövsiyələrini nəzərə almalıyıq. COVID-in kütləvi yayılmasının əsas səbəblərindən biri də bu qaydalara əməl olunmamasıdır. Bu, ümumilli bəladır. Hər kəs əlindən gələni etməlidir. Özümüzü və yaxınlarımızı maksimal dərəcədə qorumalıyıq ki, itkilərimiz az olsun. Dünyada milyonlarla insan bu səbəbdən dünyasını dəyişib. Diqqətli və məsuliyyətli yanaşaq ki, daha az zərərlə prosesdən çıxa bilək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər