21 Fevral 2022 23:26
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Teleqraf.com xəbər verir ki, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Bakı şəhərinin Abşeron rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-dən Teleqraf.com-a verilən məlumata görə, Birliyin rəhbər şəxsləri Abşeron rayonu, Novxanı qəsəbəsi, Novxanı stansiyasının yanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” fevralın 23-də saat 11:00-dən 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər