26 Mart 2022 11:13
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan və Azərbaycanın dəmir yolu administrasiyaları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində əməkdaşlıq edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Dəmir Yolları SC-nin baş mühəndisi, texniki siyasət departamentinin direktoru Batır Kotırev deyib.

O qeyd edib ki, marşrut Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yolu, liman administrasiyaları və gəmiçilik şirkətlərinin iştirakı ilə yaradılıb.

B.Kotırev xatırladıb ki, 2014-cü il fevralın 20-dən TBNM-in inkişafı üzrə Koordinasiya Komitəsi fəaliyyət göstərir. Onun əsas vəzifəsi Transxəzər marşrutunun tranzit-nəqliyyat potensialının reallaşdırılması üçün əlverişli şərait yaratmaqdır.

2016-cı il aprelin 12-də Bakıda vahid nəqliyyat operatoru olan Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun yaradılması haqqında saziş imzalanıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun İnkişafı üzrə Koordinasiya Komitəsi 2016-cı ilin dekabrında səmərəliliyin artırılması və iştirakçı ölkələr arasında birgə işi koordinasiya etmək məqsədilə mərkəzi ofisi Qazaxıstanın paytaxtında yerləşən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması barədə qərar qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər