28 Noyabr 2014 12:20
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Әsas məqsəd Azərbaycanın ali təhsil sistemini təkmilləşdirmək və aparıcı dünya standartlarına çatdırmaqdır. Son illər bu istiqamətdə xeyli işlər görülüb".

Trend-in məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşündə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ötən il ölkə Prezidenti tərəfindən təsdiq olunan "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Startegiyası"nın əsas hədəfi ölkəmizin müasirləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəxalq rəqabət davamlılığını qorumaqdan ibarətdir.

Nazir qeyd edib ki, beynəlxalq təşkilat kimi təşəkkül tapmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzv ölkələr arasında çoxtərəfli sahələrdə çoxsaylı dialoq və əməkdaşlığın formalaşması istiqamətində uğurlu addımlar atır: "Әminəm ki, xalqlar arasında olan din, dil və mədəniyyət bağlılığı burada aparıcı rol oynayıb və əməkdaşlığın bundan sonra daha da yüksəlməsinə öz töhfəsini verəcək. Ölkələr arasında əlaqələrin möhkəmləndirilməsini son dövrdə dünyada, o cümlədən bizim yerləşdiyimiz bölgədə və onun ətrafında baş verən qlobal münaqişələr, böhranlar təhdid edir. Siyasi qeyri-sabitlik və sosial-iqtisadi tənəzzül bu böhranların yeni təhlükələrinin formalaşması üçün zəmin yaradır. Bu baxımdan müstəqilliyin qorunub saxlanması, sosial davamlı iqtisadiyyatın təmin olunması üçün təhsilin əhatəliliyi, keyfiyyətinin artırılması, gələcək nəsillərin əsl vətəndaş ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev təhsilin inkişafına diqqət ayırır və bu istiqamətdə əsaslı islahatların həyata keçirilməsinə dəstək verir".


Müəllif:

Oxşar xəbərlər