Azərbaycanda üç yeni radionun açılması üçün müraciət edən qurumların adları məlum olub.
Bu barədə Teleqraf.com-a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, avqustun 23-də Audiovizual Şuranın “Media haqqında” qanunun 29.1-ci, 50.1.3-cü, 51-ci və 52-ci maddələrini rəhbər tutaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün 13 iyul 2022-ci il tarixdən elan etdiyi 3 müsabiqə üzrə sənəd qəbulu başa çatıb.
1-ci müsabiqə üzrə müsabiqəyə sənəd təqdim etmiş ərizəçilər:
(yayım üçün radiotezliklər: Bakı Teleqüllə Kompleksi – 90.7 MHs, İsmayıllı rayonu “İvanovka” RTYS – 104.5 MHs, Lənkəran rayonu “Lənkəran” RTYS – 89.6 MHs, Şuşa rayonu “Şuşa” RTYS – 98.0 MHs, Zaqatala rayonu “Danaçı” RTYS – 90.9 MHs)
1. “Baku FM” MMC (radio kanalın adı: “Baku Hit FM”)
2. “Retro FM” MMC (radio kanalın adı: “Baku Retro FM”)
3. “NHR” MMC (radio kanalın adı: “Yurd FM”)
2-ci müsabiqə üzrə müsabiqəyə sənəd təqdim etmiş ərizəçilər:
(yayım üçün radiotezliklər: Bakı Teleqüllə Kompleksi – 93.0 MHs, İsmayıllı rayonu “İvanovka” RTYS – 98.8 MHs, Lerik rayonu “Lerik” RTYS – 107.5 MHs, Şuşa rayonu “Şuşa” RTYS – 96.1 MHs, Ağstafa rayonu “Poylu” RTYS – 88.4 MHs)
1. “NHR” MMC (radio kanalın adı: “Yurd FM”)
2. “Retro FM” MMC (radio kanalın adı: “Baku Retro FM”)
3. “Baku FM” MMC (radio kanalın adı: “Baku Hit FM”)
3-cü müsabiqə üzrə müsabiqəyə sənəd təqdim etmiş ərizəçilər:
(yayım üçün radiotezliklər: Bakı Teleqüllə Kompleksi – 93.3 MHs, Ağsu rayonu “Gülüstan” RTYS – 102.1 MHs, Lerik rayonu “Lerik” RTYS – 91.3 MHs, Şuşa rayonu “Şuşa” RTYS – 97.1 MHs, Quba rayonu “Dağlı” RTYS – 93.3 MHs)
1. “Retro FM” MMC (radio kanalın adı: “Baku Retro FM”)
2. “Beat Media” MMC (radio kanalın adı: “Radio Baku”)
3. “Retro FM” MMC (radio kanalın adı: “Baku Retro FM”)
4. “Balans Studiyası” MMC (radio kanalın adı: “Balans Studiyası Radio”)
5. “NHR” MMC (radio kanalın adı: “Yurd FM”)
6. “İNS ÇM” MMC (radio kanalın adı: “İNS ÇM”)
7. “İsti Press” MMC (radio kanalın adı: “İsti Press Radio”)
“Media haqqında” qanunun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə (müsabiqələrə) buraxılmaları və ya müsabiqəyə (müsabiqələrə) buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.