Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində Çingiz Seyfullayevə məxsus təsərüfatda qeydə alınıb.
Belə ki, əvvəlcə yanğın ümumi sahəsi 104 kvadratmetr olan metal konstruksiyalardan ibarət talvarda başlayıb. Daha sonra yanğın yaxınlıqda ümumi sahəsi 121 kvadratmetr olan birmərtəbəli evə keçib.
Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunaraq yanğın söndürülüb.
Yanğın nəticəsində talvarın altına yığılan 160 ton ot bağlamasının 10 tonu, birmərtəbəli evin isə 2 ədəd plastik pəncərə çərçivəsi, qapısı və dam örtüyünün yanar konstruksiyaları 6 kvadratmetr sahədə yanıb.
Faktla bağlı araşdırma aparılır.