11 Sentyabr 2022 00:44
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xural TV-nin rəhbəri Əvəz Zeynallını və vəkil Elçin Sadıqovu Binəqədi rayon məhkəməsinə gətiriblər.

Teleqraf.com Musavat.com-a istinadən xəbər verir ki, onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Hər ikisinə təqsirləndirilən şəxs qismində Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

Bu barədə vəkil Aqil Layıc bildirib. Onun sözlərinə görə, Zeynallı özünü təqsirli bilmir.

Cinayət Məcəlləsinin qeyd edilən maddəsində 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, bundan öncə Əvəz Zeynallının vəkil Elçin Sadıqov vasitəsilə həbsdə olan iş adamı, "Baku Steel Company"nin sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığı iddia edilmiş və səs yazısı yayılmışdı. Səs yazısını və iddianı tanınmış jurnalist Eynulla Fətullayev yaymışdı. E.Fətullayev daha sonra alınan vəsaitin geri qaytarıldığını da bildirmişdi.

Xatırladaq ki, Əvəz Zeynallı 2011-ci ildə də külli miqdarda rüşvət alma (311-ci maddə) ilə ittiham edilmiş və həbs olunmuşdu. Ona qarşı bu iddianı sabiq millət vəkili Gülər Əhmədova irəli sürmüşdü. Əvəz Zeynallı 3 il həbs yatandan sonra 2014-cü ildə əfv edilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər