12 Oktyabr 2022 11:31
294
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın günlərdə Media Reyestri tam fəaliyyətə başlayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, MEDİA peşəkarlığın artırılması üçün jurnalistlər üçün təlimlər təşkil edir:

“İlin sonuna qədər bu təlimlər daha da gücləndiriləcək. Çalışırıq ki, islahatlarımız hər bir sahə üzrə davamlı olsun”.

Əhməd İsmayılov jurnalist vəsiqələri ilə bağlı media nümayəndələrinə çağırış edib: "“Jurnalist vəsiqəsinin verilməsi “Media haqqında” qanunda nəzərdə tutulur. Xahiş edirəm ki, media subyektləri “vahid” sözünü jurnalist vəsiqəsi sözünün qarşısında istifadə etməsinlər”.

Onun sözlərinə görə, Media Reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir maneə olmayacaq:

“Vəsiqə sadəcə olaraq jurnalist vəsiqəsi adlanır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər